Qarlı havada vağzal və stansiyalarda vəziyyət necədir?

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən qarlı və çovğunlu havada vağzal, stansiya və dayanacaqlarda sərnişinlərin təhlükəsiz hərəkətini təmin etmək üçün müvafiq tədbirlər görülür.
Bu barədə TNS ADY-yə istinadla xəbər verir.
Məlumata görə, Bakı Dəmiryol Vağzalı qardan mütəmadi olaraq təmizlənir, platformalara duz səpilir və sürüşkənliyi aradan qaldıran xüsusi örtüklü cığırlar salınır.
Analoji tədbirlər digər vağzal, stansiya və dayanacaqlarda da həyata keçirilir.
ADY sərnişinləri diqqətli olmağa, qayda və tövsiyələrə əməl etməyə çağırıb və təhlükəsiz səfərlər diləyib.