Xanım prokurorlara yeni vəzifə verildi - FOTOLAR

Prokurorluq orqanlarında yeni təyinatlar olub.
TNS Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla xəbər evrir ki, baş prokuror Kamran Əliyevin müvafiq əmrinə əsasən, Suad Qəhrəmanova Mətbuat xidmətinin prokuroru vəzifəsinə təyin olunub.
S.Qəhrəmanova 2021-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunub, bu təyinata qədər Bakı şəhəri Xətai rayon prokurorunun köməkçisi vəzifəsində işləyib.
Digər müfaviq əmrlə Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Pərvin Bağırova Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru vəzifəsinə təyin edilib.