Close

21:20
20 Fevral 2025

Qarabağ Universitetində işləmək istəyənlərin nəzərinə! - Vakansiya

Qarabağ Universiteti İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis (Public relations specialist) vakansiyası elan edir.

TNS universitetin saytına istinadla xəbər verir ki, vakant yer üçün son müraciət tarixi martın 5-ə kimidir.

İşin təsviri:

• şöbə müdirinin rəhbərliyi altında universitetin ictimaiyyətlə əlaqələr üzrə fəaliyyətlərinin
hazırlanması və həyata keçirilməsinə dəstək;
• mətbuat konfransı, brifinq, eləcə də digər tədbirləri təşkil və koordinasiya etmək;
• media, dövlət qurumları və tərəfdaşlarla əlaqələrin qurulmasında iştirak;
• mətbuatı gündəlik olaraq izləmək;
• mətnlərin KİV-də və universitetin sosial media hesablarında yerləşdirilməsinə nəzarət,
media hesabatlarının hazırlanmasında iştirak;
• digər inzibati tapşırıqların icrası.

Tələblər:

• ictimaiyyətlə əlaqələr, jurnalistika, marketinq və ya müvafiq sahə üzrə bakalavr təhsili;
• ictimaiyyətlə əlaqələr və ya kommunikasiya sahəsində minimum 3 il təcrübə
(sözügedən təcrübənin ali təhsil müəssisələrində olması üstünlükdür);
• rəqəmsal kommunikasiya alətləri və platformalarından istifadə bacarıqları;
• yerli media ilə yaxından tanışlıq;
• effektiv ünsiyyət və təşkilati bacarıqlar;
• Azərbaycan dilində səlis danışıq qabiliyyəti (ingilis dili biliyi üstünlükdür);
• operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;
• tədqiqat və analitik təhlil bacarığı.

Tələb olunan sənədlər:

• tərcümeyi-hal;

• CV;
• ali təhsili təsdiq edən sənədlərin surəti;
• tövsiyə edən şəxslər barədə məlumat (2 nəfər).

Qeyd 1: universitetdə daimi əsaslarla çalışan əməkdaşlar işlədikləri müddətdə
Xankəndi şəhərində mənzillə təmin olunacaqlar.
Qeyd 2: məktubun mövzu hissəsində müraciət olunan vakansiyanın adının
“İctimaiyyətlə əlaqələr üzrə mütəxəssis” qeyd edilməsi vacibdir. Bildiririk ki, yalnız
müvafiq vakansiyanın tələblərinə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Müraciət üçün son tarix: 5 mart 2025-ci il
Elektron poçt ünvanı: hr@karabakh.edu.az