Close

21:20
20 Fevral 2025

“Dayanıqlı Turizm, Parlaq Gələcək” Forumu keçirildi - FOTO

Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə ATMU-da 17 fevral Qlobal Turizm Dayanıqlılığı Gününə həsr olunmuş “Dayanıqlı Turizm, Parlaq Gələcək” adlı forum keçirilib.

Universitetdən TNS-ə verilən məlumata görə, forumun əsas məqsədi tələbələrə turizmin yalnız iqtisadi qazanc gətirən sahə kimi deyil, həm də ekoloji və sosial cəhətdən davamlı inkişaf edən bir sahə kimi dəyərləndirilməsinin vacibliyini vurğulamaqdır.

Tədbir Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin ruhuna ehtiram əlaməti olaraq bir dəqiqəlik sükut elan edilməsi ilə başlayıb.

Forum ATMU-nin Turizm Biznesi kafedrasının müdiri Hafiz Hüseynovun dayanıqlı turizmin önəmi və gənclərin rolu barədə çıxışı ilə davam edib. ATMU THİK sədri, eyni zamanda tədbirin moderatoru Samir Abdullayev isə tədbirin xüsusi əhəmiyyətini vurğulayıb. Forum həm də tələbələrə mütəxəssislərlə birgə fikri mübadiləsi aparmaq imkanı yaradıb.

Forumda qonaq qismində Prezident mükafatçısı, bələdçi-tərcüməçi Balaş Maqsudbəyli, “ERATUR” şirkətində turizm strategiyası üzrə rəhbər və müəllim Günay Paşazadə, eləcə də “SDG Youth Community” təşəbbüs qrupunun rəhbəri Hacı Mayılzadə iştirak edərək dayanıqlı turizmin inkişaf perspektivləri, ekoturizmin əhəmiyyəti və turizmin sosial-iqtisadi faydaları barədə öz bilik və təcrübələrini bölüşüblər.

Ümumilikdə, “Dayanıqlı Turizm, Parlaq Gələcək” forumu turizm sahəsində təhsil alan tələbələr və gənc mütəxəssislər üçün əhəmiyyətli bir platforma kimi yadda qalıb.

WhatsApp_Image_2025-02-18_at_15-19-44

WhatsApp_Image_2025-02-18_at_15-19-43_1