Close

21:20
20 Fevral 2025

Sumqayıtda bu binanın sakinləri hələ də kirayədə yaşayır

Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində baş verən partlayışın nəticəsində zərər görən binanın 3 girişinin sakinləri hələ ki, kirayədə yaşayırlar.

Bu barədə TNS-ə Sumqayıt Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri Eyvaz Qocayev məlumat verib.

Onun sözlərinə görə, binanın təmirinə başlanılmayıb.

FHN-dən isə TNS-in sorğunuza cavab olaraq bildirilib ki, Sumqayıt şəhəri, Ü.Hacıbəyov küçəsi 19 ünvanında partlayış baş vermiş bina ilə əlaqədar müvafiq təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim edilib.

Qeyd edək ki, ötən ilin dekabrın əvvəlində həmin ünvanda baş verən partlayış dağıntılara səbəb olub. 6 girişdən ibarət olan binanın təmir işləri Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılacaq.

Aygün