Qaz xətlərinə niyə hava vurulur? - "Azəriqaz"dan AÇIQLAMA

"Azəriqaz" İstehsalat Birliyi sosial şəbəkələrdə qaza hava vurulması ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Məsələ ilə bağlı TNS-ə müsahibəsində məlumat verən "Azəriqaz" İstehsalat Birliyinin İctimasiyyətlə əlaqələr şöbəsinin müdiri Eldəniz Vəliyev bildirib ki, bu, bu cür hallar qaz borusuna su kütləsi daxil olanda baş verir: "Bu barədə biz dəfələrlə açıqlama vermişik. Məsələ nədir? Hansısa evdə təmir aparılarkən su borusu ilə qaz borusunun yeri səhv düşür. Nəticədə həmin su kütləsi qaz borusuna dolur. Yaxud karroziyaya uğrayan borular olur ki, oradan qaz xəttinə su sızır, haradasa təmir işləri aparılarkən qaz xətti zədələnir və boruya su sızır. Nəticədə qaz borularına normal təziqli qaz kütləsini vurmaq olmur. Boru xəttini su kütləsindən təmizləmək üçün abonentlərə verilən qaz xətti bağlanır. Açılmış dəlilkər vasitəsi ilə xəttə yüksək atmosverli hava kütləsi vurulur. Nəticədə qaz borusu təmizlənir. Sonra dəliklər qapanır, abonentlərə qazın verilişi təmin olunur. Əgər yüksək təzyiqlə hava kütləsi qaz xəttinə vurularsa və bu hava kütləsi mənzillərə ötürülərsə, partlayış qaçılmaz olar. Odur ki, belə əsassız ittihamlar olmamalıdır".