Close

Deputat metroda gənclərlə kitab oxudu - FOTO

"Fevralın 14-də “Zirvə Gənclərin İnkişaf Klubu”nun üzvləri ilə birlikdə “Beynəlxalq Kitab Bağışlama Günü” münasibətilə növbəti dəfə "HərYerdəKitab" aksiyası keçirdik".

TNS xəbər verir ki, bunu deputat Ceyhun Məmmədov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, “İçərişəhər” metrostansiyasından “Əhmədli”yə qədər olan zaman kəsiyində gənclərlə birlikdə kitab oxuyub, maraqlı fikir mübadiləsi aparıblar: "Aksiyanın əsas məqsədi gəncləri kitab oxumağa təşviq etmək, onlarda mütaliəyə maraq yaratmaq, fərdi bilik və bacarıqlarının inkişaflarına töhfə verməkdir.

Dəyərli gənclər! Vaxtınızın çox və ya az olmasından asılı olmayaraq mütaliəyə hər gün mütləq vaxt ayırın, beyninizə qaranlığın çökməsinə imkan verməyin, onun daima işıqlı qalmasına çalışın!"

cm1