Prezidentin yüksək vəzifə verdiyi Rüfət Mahmud kimdir? - DOSYE
119
16:26 - 13 Fevral 2025

Xəbər verildiyi kimi, Rüfət Nahid oğlu Mahmud “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri təyin edilib. Bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
TNS yeni sədrin dosyesini təqdim edir:
Rüfət Mahmud bu təyinata qədər SOCAR-ın Rusiyadakı törəmə müəssisəsi – “SOCAR Rus” MMC-nin rəhbəri olub.O, daha əvvəl Dövlət Şəhərsalma və Arxitektura Komitəsində işləyib.
R. Mahmud komitə sədrinin müşaviri və daha sonra isə Beynəlxalq Əlaqələr və İnformasiya Texnologiyaları şöbəsinin müdiri olub.