Milli Məclis xüsusi iclas keçirəcək
22
15:02 - 12 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/12/1739356847_milli-meclis-_xusisi_-_konstutisiya_ili3333.jpg)
Milli Məclisin “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş xüsusi iclası keçiriləcək.
TNS xəbər verir ki, bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planında əksini tapıb.
Qeyd edək ki, parlamentin xüsusi iclası 28 May Müstəqillik Günü ilə əlaqədar may ayında keçiriləcək.