Bu tələbələrin təhsil haqqı üçün nə qədər vəsait ayrılıb?
![](/upload/files/up3/Xeberler/2025/2/12/1721995717_telebelere_tehsil_krediti1721993410.jpg)
Azad edilmiş ərazilərdə məskunlaşan şəxslərin təhsil haqlarının dövlət hesabına ödənilməsi məqsədilə ilkin hesablamalara görə ən azı 3 min nəfər üçün 3,5 milyon manat vəsait ayrılacaq.
TNS xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Parlamentin Elm və təhsil komitəsinin bugünkü iclasında “Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara təklif olunan dəyişikliklərin müzakirəsi zamanı deyib.
Onun sözlərinə görə, azad edilmiş ərazilərdə məskunlaşan şəxslərin təhsil haqlarının dövlət hesabına ödənilməsi hələ ki ali və orta ixtisas təhsili ilə bağlıdır.