Ölkədə hansı sosial müavinət üçün nə qədər pul verilir?
![](/upload/files/up4/Xeberler/Cemiyyet/2024/10/pensiya.jpg)
Sosial müavinətlər haqqında qanuna əsasən, ölkədə 13 növ aylıq, 5 növ birdəfəlik sosial müavinət, 14 növ Prezident təqaüdü mövcuddur.
Belə ki, dövlət qulluqçularına ömürlük müavinət, yaşa görə müavinət, əlilliyə görə müavinət, ailə başçısını itirməyə görə müavinət, 3 yaşınadək uşağa qulluğa görə müavinət, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına müavinət, alideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların qəyyumlarına (himayəçilərinə) müavinət, 1 yaşınadək uşağı olan aztəminatlı ailələrə müavinət, vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əsasən ödənilən müavinət, beşdən çox uşağı olan qadınlara müavinət övladlığa götürülən uşağa, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağa görə müavinət, himayədar ailəyə verilmiş uşağın, o cümlədən 18 yaşınadək əlilliyi müəyyən edilmiş uşağın tərbiyə edilməsinə görə müavinətlər var.
TNS bəzi sosial müavinətlərin məbləğini təqdim edir:
- yaşa görə sosial müavinətin məbləği 220 (iki yüz iyirmi) manat;
- orqanizmin funksiyalarının 81–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 270 (iki yüz yetmiş) manat, orqanizmin funksiyalarının 61–80 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 220 (iki yüz iyirmi) manat, orqanizmin funksiyalarının 31–60 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslərə sosial müavinətin məbləği 150 (yüz əlli) manat;
- ailə başçısını itirməyə görə sosial müavinətin məbləği 120 (yüz iyirmi) manat;
- bir yaşınadək uşağı olan aztəminatlı ailələrə sosial müavinətin məbləği hər uşaq üçün 100 (bir yüz) manat;
- radiasiya qəzası nəticəsində zərər çəkmiş şəxslərə hər il müalicə üçün sosial müavinətin məbləği 300 (üç yüz) manat;
- uşağın anadan olmasına görə sosial müavinətin məbləği 500 (beş yüz) manat;
- dəfn üçün sosial müavinətin məbləği 500 (beş yüz) manatdır.
Aygün