"Rus Evi"ndən əşyalar belə çıxarılır - VİDEO
16
16:02 - 11 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/11/777777.jpg)
Xəbər verdiyimiz kimi, bu gün Bakıdakı "Rus Evi"nin fəaliyyəti dayandırılıb.
TNS-in əməkdaşı mərkəzin yerləşdiyi ünvanda olub.
Hazırda "Rus Evi"nin ofisindəki əşyalar toplanır.
Görüntüləri təqdim edirik:
Qeyd edək ki, bu gün “Rus Evi”nin (Rossotrudniçestvo) girişində rus dilində yazılan "Русский дом" sözləri sökülüb.
Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) 3 fevral 2025-ci il tarixində “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərmişdi.