Yaşa görə verilən 220 manat müavinət nə qədər artacaq?
![](/upload/files/up4/Xeberler/Cemiyyet/2025/02/pensiya-12.jpg)
Hazırda əmək pensiyası almayan, rəsmi gəlirləri olmayan, yəni işləməyən 65 yaşına çatmış kişilərə və 64 yaşına çatmış qadınlara sosial yardım göstərilməsi məqsədilə aylıq 220 manat yaşa görə müavinət verilir.
Sosial müavinət və təqaüdlərdə gözlənilən artım bu məbləğə də şamil olunacaqmı?
Məsələ ilə bağlı TNS-ə açıqlama verən depuatat Vüqar Bayramov xatırladıb ki, sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı dövlət başçısı İlham Əliyev tərəfindən Nazirlər Kabinetinə ötən il dekabrın 23-də tapşırıq verilib: “Nazirlər Kabineti 3 ay müddətində təkliflərini hazırlayıb təqdim etməlidir. Bu, o deməkdir ki, Nazirlər Kabineti tərəfindən təxminən martın 15-dən sonra təkliflər təqdim olunacaq. Prezident tərəfindən sənədin imzalanmasından sonra sosial müavinət və təqaüdlərin artırılması həyata keçiriləcək. Artıq Nazirlər Kabineti təkliflərin hazırlanmasına başlayıb və gözlənilir ki, qurum həm təkliflərin hazırlanmasını, həm maliyyə qiymətləndirilməsinı həyata keçirəcək. Təkliflər təqdim edildikdən sonra hansı istiqamətdə artımların olacağı, eyni zamanda sosial müavinətlərin növləri üzrə artımların neçə faiz olacağı bəlli olacaq. Biz sosial müavinətlərin, o cümlədən yaşa görə verilən 220 manatın artırılması ilə bağlı da təkliflərimizi təqdim etmişik. Güman edirik ki, artımlar bu məbləğə də şamil olunacaq”.
Aygün