Close

17:41
11 Fevral 2025

Pensiyalar artımla birlikdə verildi

Bü gündən fevral ayı üzrə pensiyaların ödənişinə başlanılıb.

TNS xəbər verir ki, bu barədə məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yayıb.

Bildirilib ki, fevralın 11-dən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə pensiyaların ödənişi həyata keçiriləcək. Digər bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da bu ay qrafik üzrə ödəniləcək.

Qeyd edək ki, bu il yanvarın 1-dək təyin edilmiş bütün növ əmək pensiyaları 8,1 faiz indeksləşdirilərək artırılıb. Eləcə də, minimum pensiya artırılaraq 280 manatdan 320 manata çatdırılıb.

Fevral ayının pensiyaları qeyd edilən artımlarla birgə ödənilir. Həmçinin indeksləşdirmə üzrə yanvar ayının artımı fevral ayının pensiyasına əlavə olunub.