Aktyora “Bakı Metropoliteni”ndə vəzifə verildi - FOTO
427
16:01 - 08 Fevral 2025
![](/upload/files/up3/Xeberler/2025/2/8/Ekran_skli_2025-02-08_160011.png)
“Bakı Metropoliteni” QSC-nin Kommunikasiya departamentinin rəisi vəzifəsinə təyinat olub.
TNS xəbər verir ki, bu vəzifəyə Şaban Kamal oğlu İmkani gətirilib.
Şaban İmkani 2008-2020-ci illərdə Azərfon şirkətində müştərilərlə əlaqələr və marketinq üzrə müxtəlif rəhbər vəzifələrdə, 2020-2024-cü illərdə “Azərbaycan Dəmir Yolları” QSC-də müştəri xidmətləri şöbəsinin rəisi vəzifəsində çalışıb. O, eyni zamanda bloqer və aktyor kimi də fəaliyyət göstərir.