Close

Azərbaycanda 12 vəkilin fəaliyyəti dayandırıldı

Ötən il Azərbaycanda 12 vəkilin fəaliyyəti müəyyən müddətə dayandırılıb.

TNS-in məlumatına görə, bu barədə Azərbaycan Vəkillər Kollegiyasının illik hesabatında qeyd olunub. Hesabatda bildirilib ki, ötən il 6 vəkilin fəaliyyəti 3 aylıq, 2 nəfərin fəaliyyəti 6 aylıq, 4 nəfərin fəaliyyəti isə 1 illik məhdudlaşdırılıb.

Bu vəkillərin fəaliyyəti Kollegiyaya daxil olmuş şikayətlər əsasında dayandırılıb.