Close

17:15
07 Fevral 2025

Qeyri-sabit hava şəraiti bu tarixə kimi davam edəcək

Qeyri-sabit hava şəraiti fevralın 10-a kimi davam edəcək.

TNS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bakıda və Abşeron yarımadasında fevralın 8-i və 9-da hava şəraitinin arabir yağıntılı olacağı, yarımadanın bəzi yerlərində sulu qar yağacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib.

O qeyd edib ki, ölkə ərazisində müşahidə olunan güclü şimal-qərb küləyi fevralın 9-da səhər saatlarından tədricən zəifləyəcək.

“Bölgələrdə də fevralın 8-də yağıntılı hava şəraiti davam edəcək, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Fevralın 9-da səhər saatlarından yağıntıların tədricən kəsiləcəyi, gündüz əksər rayonlarda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.”

Xidmət rəisi bildirib ki, fevralın 10-da Bakıda və Abşeron yarımadasında eləcə də bölgələrdə hava şəraitinin nisbətən sabitləşəcəyi, gündüz əsasən yağmursuz keçəcəyi, mülayim qərb küləyi əsəcəyi gözlənilir. Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 2-5, aran rayonlarında 5-8 dərəcə isti, dağlıq rayonlarda isə 5 dərəcəyədək şaxta olacaq.

“Gözlənilən şaxtalı hava şəraiti ilə əlaqədar 8-10 fevral tarixlərində dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.”