Close

17:15
07 Fevral 2025
15:40
07 Fevral 2025

Bu ərazilərdə şaxta var

Bu gün saat 14:00-a olan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən TNS-ə verilən məlumata əsasən, bəzi rayonlarda küləkli və yağıntılı hava şəraiti davam edir.

Şimal-qərb küləyi əsir. Narıncı xəbərdarlığa uyğun olaraq Bakıda və Abşeron yarımadasında arabir 28m/s, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti arabir Neftçalada 20 m/s, Altıağac, Qobustanda 18 m/s, Şirvanda 16 m/s-yə çatıb.

Belə ki, Gəncə, Şəmkir, Tərtər, Lənkəran, Astarada arabir yağış, Quba, Altıağac, Şahdağ, Yardımlı, Lerikdə isə qar yağır.

Sumqayıt, Daşkəsən, Göygöl, Naftalan, Balakən, Zaqatala, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Sabirabadda duman müşahidə olunur. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, eləcə də Aran rayonlarında 7, Naxçıvan MR-da 3 dərəcəyədək isti, dağlıq rayonlarda 3, yüksək dağlıq ərazilərdə isə 10 dərəcəyədək şaxta qeydə alınıb.