Daha bir şəhid dəfn edildi - FOTO
![](/upload/files/up3/Xeberler/2025/2/7/WhatsApp_Image_2025-02-07_at_14-52-45_2.jpg)
Birinci Qarabağ müharibəsi şəhidi 32 il sonra Yevlaxda dəfn edilib.
TNS-in yerli müxbirinin xəbərinə görə, T.Məmmədovun nəşi İmişli rayonu Səmədabad kənd qəbiristanlığında naməlum şəhid kimi dəfn edilibmiş.
Şəhid T.Məmmədovun 32 il sonra tapılan nəşinin qalıqları Yevlax şəhər Şəhidlər Xiyabanında dəfn edilib. Dəfn mərasimində şəhidin yaxınları, ailə üzvləri, rayon ilə icra hakimiyyətinin nümayəndələri və hərbçilər iştirak edib.
Qeyd edək ki, Tərlan Fikrət oğlu Məmmədov 1975-ci ildə Yevlax şəhərində anadan olub. O, 1994-cü ilin yanvarında Füzuli rayonu istiqamətində gedən döyüşlərdə şəhid olub.