Close

17:15
07 Fevral 2025
15:40
07 Fevral 2025

32 il sonra dəfn edildi - FOTOLAR

Birinci Qarabağ müharibəsində şəhid olmuş Müşfiq İbrahim oğlu Quliyevin nəşinin qalıqları, öz torpağında, Cəbrayılda dəfn edilib.

TNS-in yerli müxbirinin xəbərinə görə, şəhid M.Quliyev Beyləqan rayonundakı qəbiristanlıqda 32 il naməlum şəhid kimi dəfn olunub.

Ailəsi isə onu əsir düşdüyünü və erməni əsirliyində öldüyünü ehtimal edib. 32 ildən sonra aparılan araşdırmalardan sonra şəhid Quliyev Müşfiq İbrahim oğluna aid olduğu məlum olub. Məhz bundan sonra ailəsinə məlumat verilib və şəhid sakini olduğu Cəbrayıl rayonunun Horovlu kəndində dəfn olunub. Dəfn mərasimində rayon icra hakimiyyətinin nümayəndələri şəhidin yaxınları və hərbçilər iştirak edib.

Qeyd edək ki, Müşfiq İbrahim oğlu Quliyev 1971-ci ildə Cəbrayıl rayonu Horovlu kəndində anadan olub. O, 1993-ci il oktyabrın 16-da Cəbrayıl rayonunun Mahmudlu kəndi istiqamətində gedən döyüşlərdə şəhid olub.

WhatsApp_Image_2025-02-07_at_14-52-31_2

WhatsApp_Image_2025-02-07_at_14-52-32

WhatsApp_Image_2025-02-07_at_14-52-32_1