"Müəllimin dərs dediyi uşağa dərsdən sonra repititorluq etməsi ayıbdır"
![](/upload/files/up3/Xeberler/2025/2/6/673ddac6e4fe9673ddac6e4fea1732106950673ddac6e4fe7673ddac6e4fe8.jpg)
Mən hesab edirəm ki, müəllim sinifdə dərs dediyi uşağa dərsdən sonra repititorluq edirsə, bu onun üçün ayıbdır.
TNS xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, cəmiyyətdə repititorluğa münasibət birmənalı deyil:
"Bir qisim düşünür ki, məktəb çox pis vəziyyətdədir, buna görə repititor yanına getməlisən. Digər qisim isə düşünür ki, ali məktəbə hazırlıq üçün repititor yanına getmək lazımdır. Başqa bir məqam isə valideyn işləyir və uşağını məcbur şəkildə repititor yanına göndərir ki, axşam evə gələndə dərsləri hazırlamaq üçün əlavə vaxt getməsin. Repititorluğun geniş yayılmasına digər səbəb isə evdə rus dilində danışmayanların uşaqlarını tədrisin rus dilində olduğu məktəbə göndərməsidir. Yəni repititorluq həm də seçim məsələsidir.
"Bizim arqumentimiz budur ki, repititorluq edən müəllim də həm də məktəbdə dərs deyir. Necə ola bilər ki, həmin müəllim sinifdə pis müəllimdir, amma repititor olaraq yaxşıdır? Mən hər zaman demişəm, bu həm də vicdan məsələsidir", - deyə o əlavə edib.