Kağız jurnal ləğv olunacaq
143
15:28 - 06 Fevral 2025

"Növbəti tədris ilində kağız jurnal ləğv olunacaq".
TNS xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev bu gün keçirdiyi brifinqdə deyib.
"Rəqəmsal məktəb" platforması sayəsində valideynlər övladlarının dərs prosesini onlayn şəkildə izləyə biləcək. Ümumiyyətlə, təhsil sisteminin rəqəmsallaşması sürətlə davam edir. Növbəti tədris ilində məktəblərdə jurnallar onlayn platformada olacaq", - deyə, nazir bildirib.