DYP-dən əhaliyə daha bir müraciət
Baş DYP İdarəsinin küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.
TNS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Müraciətdə deyilir:
"Sinoptiklərin məlumatına görə, yaxın günlərdə Bakıda və Abşeron yarımadasında güclü küləklə müşayiət olunan hava şəraiti davam edəcək və küləyin sürəti narıncı xəbərdarlıq şkalasına keçəcək.
Qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.
Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur".