Ötən ay neçə nəfər xüsusi şərtlərlə əmək pensiyası alıb?
16
12:44 - 04 Fevral 2025
2025-ci ilin yanvar ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 147 261 nəfər olub.
TNS xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.
Bildirilib ki, onların 111 419 nəfəri yaşa, 14 214 nəfəri əlilliyə, 21 628 nəfəri isə ailə başçısını itirməyə görə pensiya alıb.