Close

15:03
04 Fevral 2025

İpoteka krediti götürmək istəyənlərin nəzərinə!

Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu tərəfindən 2025-ci il ərzində ipoteka kreditləşməsi prosesinin davam etdirilməsi məqsədilə müvəkkil banklara ipoteka kreditlərinin, o cümlədən güzəştli ipoteka kreditlərinin verilməsi üçün limitlər ayrılıb.

TNS xəbər verir ki, bu barədə Fond məlumat yayıb.

Bildirilib ki, vətəndaşlardan müraciətlərin qəbuluna aşağıdakı tarixlərdən başlanılacaq.

ADİ ipoteka kreditləri üzrə:

06.02.2025-ci il tarixində saat 10:00-dan.

GÜZƏŞTLİ ipoteka kreditləri üzrə:

07.02.2025-ci il tarixində saat 10:00-dan etibarən.

Müraciətlərin qəbulu “Elektron ipoteka və kredit zəmanət “sistemi (www.e-gov.az) üzərindən SİMA Token (Elektron İmza) və ya Asan İmza vasitəsilə həyata keçiriləcəkdir.

Qeyd: Elektron sistemdə aparılmış təhlükəsizlik tədbirləri ilə əlaqədar elektron müraciətlərin kompüterlər (PC) və ya notebook vasitəsilə (touchscreen funksionallığından istifadə edilməməklə) həyata keçirilməsi tələb olunur.