Xocalıda dünyaya gələn Mehdinin görüntüləri - FOTOLAR
Xəbər verdiyimiz kimi, yeni doğulan Xocalıdan olan körpə Şuşa Şəhər Mərkəzi Xəstəxanasında anadan olub.
TNS-in yerli müxbirinin xəbərinə görə, yeni doğulan körpəni növbədə olan həkim ana 1996-ci il təvəllüdlü Sevanə Məmmədova ilə illikdə Bərdə Mərkəzi Rayon Xəstəxanasının Doğum Evi şöbəsinə çatdırıb.
Xəstəxanadan verilən məlumata görə, ana və yeni doğulan körpənin səhətlərində heç bir narahatlıq yoxdur. Vəziyyətləri prosesə uyğun yaxşı qiymətləndirilir.
Qeyd edək ki, ananın dünyaya gətirdiyi ilk övladı oğlandır. Yeni doğulan körpəyə babası Mehdinin adını veriblər. Hazırda anaya və körpəyə zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.
Ziya Əmirxanlı