"Jurnalistika və media bu “xidmətdən” kənar durmalıdır"
11
10:24 - 04 Fevral 2025
“Jurnalistika və media heç bir halda cəmiyyətdə gərginliyin yaranmasına və artmasına, ayrı-ayrı fərdlər arasında münaqişələrin alovlanmasına xidmət etməməlidir”.
TNS xəbər verir ki, bu fikri sosial şəbəkə hesabında Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid paylaşıb.
O bildirib ki, jurnalistika və media tam qərəzsiz davranmalı, fəaliyyəti ilə qərəzli olduğuna dair azacıq şübhələrin belə olmasına yol verməməlidir.
“Əksinə, problemli situasiyaların aradan qaldırılması naminə çalışmalı, bir sözlə, mütərəqqi missiya yerinə yetirməlidir”, -deyə sədr vurğulayıb.