Close

Ötən ay büdcənin gəlir və xərcləri nə qədər olub?

2025-ci ilin yanvar ayında dövlət büdcəsinin gəlir və xərclərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Bu barədə TNS Maliyyə Nazirliyinə istinadla xəbər verir.

Belə ki, yanvar ayında dövlət büdcəsinin gəlirləri 4.049.2 min manat təşkil edib ki, gəlirlərin icrası aylıq proqnozdan 89.1 min manat və ya 2,25 faiz çox olub. Gəlirlərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2.259.282,5 min manat, Dövlət Gömrük Xidmətindən 487.139,2 min manat, Əmlak Məsələləri Dövlət Xidmətindən 3.335,8 min manat, Dövlət Neft Fondundan transfert isə 1.206.8 min manat təşkil edib. Dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmaları 57.317,9 min manata, sair daxilolmalar isə 35.363,6 min manata bərabər olub.

​ Büdcə gəlirlərindəki dinamikaya uyğun olaraq xəzinədarlıq orqanları tərəfindən bütün xərc sifarişlərinin tam həcmdə və vaxtında icrası təmin olunub. Belə ki, yanvar ayında dövlət büdcəsinin xərcləri 2.339.594,2 min manat təşkil edib ki, bu da aylıq proqnozdan 12.487,1 min manat və ya 0,54 faiz çoxdur.

​ Beləliklə, cari ilin yanvar ayında rəsmi iş günlərinin sayının 18 olmasına baxmayaraq, büdcə xərcləri üzrə son illərin ən yüksək icra məbləği qeydə alınıb.