Close

23:55
01 Fevral 2025
19:49
01 Fevral 2025

DİM bu ay hansı imtahanları keçirəcək?

Dövlət İmtahan Mərkəzi (DİM) bu ay bır sıra imtahanlar keçirəcək.

TNS xəbər verir ki, magistratura səviyyəsinə qəbul imtahanının birinci cəhdi fevralın 16-da keçiriləcək.

Bu imtahanda iştirak etmək üçün bakalavrların ərizə qəbulu yanvarın 13-dən 27-dək aparılıb.

Bundan başqa, I, II, III və IV ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsinə uyğun sınaq imtahanına qeydiyyat fevralın 6-dan 26-dək aparılacaq.

Qeyd edək ki, ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün bütün abituriyentlərin qeydiyyatı (ərizə qəbulunun I mərhələsi) fevralın 20-də başlayacaq və martın 5-dək davam edəcək.

Eyni zamanda, tam (11 illik) orta təhsil bazasında və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq istəyənlərin qeydiyyatı fevralın 20-dən martın 5-dək aparılacaq.

Aygün