Close

22:20
30 Yanvar 2025

Sosial ödənişlərin verilməsi tam yekunlaşdı

Ölkə üzrə aylıq sosial ödənişlər tam ödənilib.

Bu barədə TNS-ə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Fonddan bildirilib ki, əvvəlki aylarda olduğu kimi bu ayın pensiya və sosial ödənişləri də ay yekunlaşmadan köçürülüb.

Qeyd olunub ki, hazırda müəyyən edilmiş qrafikə görə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödənilir.

Aygün