Azərbaycanda qadın falçıya getdi, ağır xəstəliyə tutuldu
“Falçıya gedən qadının əsəbləri pozulub, sonradan onda şizofreniya xəstəliyi yaranıb.
TNS xəbər verir ki, bu barədə “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirib.
M. Zeynalova qeyd edib ki, söhbət rəhbərlik etdiyi sığınacağa gətirilən xanımdan gedir: “Ötən gün sığınacağa bir xanım gətirdilər. 2-3 gün qaldıqdan sonra onun qəribə davranışlarını gördük. Bütün günü ağlayır, eyvanın kənarından ayrılmır, gecələr yatmır, bəzən səbəbsiz yerə gülür. Qadını müayinə üçün xəstəxanaya göndərdik. Ona şizofreniya və kəskin psixoloji pozğunluq diaqnozu qoyuldu”.
M. Zeynalovanın sözlərinə görə, qadının qohumları xanımın 17 yaşına qədər tamamilə normal olduğunu bildiriblər. Nə olubsa, o, falçıya getdikdən sonra baş verib: “Məlum oldu ki, xanım 17 yaşında falçıya gedib. Falçı ona “sizin evdə iki qara çadır görürəm”, - deyib. Bu sözlərdən sonra evə girməkdən imtina edən xanımın vəziyyəti günü-gündən pisləşib.
Hazırda qadını sığınacaqda saxlamaqda çətinlik çəkirik və onu müalicə üçün xəstəxanaya yerləşdirməyə çalışırıq”.