Close

22:40
28 Yanvar 2025
20:00
28 Yanvar 2025

Azərbaycanda həmin gün iş olmayacaq

Xəbər verdiyimiz kimi, 29 yanvar 2025-ci il tarixdə Azərbaycanda bələdiyyə seçkisi keçiriləcək.

TNS xəbər verir ki, bu səbəbdən yanvarın 29-u qeyri-iş günü olacaq.

Seçki Məcəlləsinin 8.2-ci maddəsinə əsasən, səsvermə günü seçki keçirilən ərazidə iş günü hesab olunmur.

Beləliklə, 2025-ci il yanvarın 29-u - çərşənbə günü qeyri-iş günü olacaq.