Close

22:40
28 Yanvar 2025
20:00
28 Yanvar 2025

AMEA-nın 18 nəfər əməkdaşı olan institutu bağlanıb

AMEA-nın cəmi 18 nəfər elmi işçidən ibarət olan Qafqazşünaslıq İnstitutunun fəaliyyətinə xitam verilib.

TNS-in məlumatına görə, bundan sonra institutun Qafqaz tarixi ilə əlaqədar şöbələrinin əməkdaşları Tarix və Etnologiya İnstitutunda, siyasi elmlərə aid olan əməkdaşları isə Fəlsəfə və Sosiologiya İnstitutunda yaradılan bu sahələrə aid genişləndirilmiş yeni şöbələrdə elmi tədqiqat işlərini davam etdirəcəklər.

Qeyd edək ki, İnstitutun direktoru professor Musa Qasımlı olub.

VII çağırış Milli Məclisin sədr müavini Musa Qasımlı AMEA-nın Qafqazşünaslıq İnstitutunun direktoru vəzifədən ötən ilin oktyabrında azad edilib.

Aygün