Close

22:40
28 Yanvar 2025
20:00
28 Yanvar 2025

Dayə, bağban işləmək üçün hansı şərtlər tələb olunacaq?

Azərbaycanda sürücü, dayə, xadimə, bağban, fəhlə və s. kimi ən çox qeyri-formal fəaliyyət göstərən qrupun fəaliyyəti formal müstəviyə daşına bilər.

Prosesin reallaşması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən işlər həyata keçirilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən TNS-in sorğusuna cavab olaraq, bildirilib ki, nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən rəqəmsal formada göstərilən xidmətlərin əhatəsini genişləndirmək məqsədilə “Elektron Əmək Birjası” və “Əmək Yarmarkası” sistemi hazırlanır: “Dövlət Məşğulluq Agentliyinin rəqəmsal layihələri olan “Elektron Əmək Birjası” və “Əmək Yarmarkası” platformalarının yaradılması işaxtaran və işsiz şəxslərin daimi və müvəqqəti məşğulluğunun təmin edilməsi məqsədi daşıyır. "Əmək Birjası" platforması eyni zamanda qeyri-formal (daha çox dayə, bağban, fəhlə, sürücü və s.) fəaliyyətə nəzarəti təmin etmək, həmin fəaliyyəti formal müstəviyə keçirmək istiqamətində innovativ həllərin tətbiqi imkanını artıracaq.

İşaxtaran və işsiz şəxslərin daimi və müvəqqəti məşğulluğunun təmin edilməsinə xidmət göstərəcək. Platforma daimi, mövsümi və müvəqqəti iş axtaran şəxsləri eyni əsasla iş təklif edən şəxlərlə görüşdürməyə imkan yaradacaq.

Platformadan istifadə hər kəs üçün açıq olacaq və bunun üçün Agentliyin yerli qurumlarında işsiz kimi qeydiyyatda olmaq zərurəti yoxdur. İş axtaran şəxs kriteriyalarını, bacarıqlarını və təklif etdiyi xidmətləri sistemə daxil edəcək, eyni xüsusiyyətlərdə işçi axtaranlar isə müxtəlif seçim meyarları ilə asanlıqla onları tapa biləcək. Bu platforma vasitəsilə Agentlik tərəfindən vətəndaşın əmək birjasında iştirakı və onun məşğulluğunun təmin edilməsi izləniləcək”.

Açıqlamada bildirilib ki, adı keçən layihə çərçivəsində hazırlanmış “e-Birja” mobil tətbiqi hazırda test mərhələsindədir. Təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra ictimaiyyətə təqdim ediləcək.

Aygün