Close

19:41
23 Yanvar 2025

Nazir xanım generalın ən yaxın adamını işdən çıxardı

Fövqəladə Hallar Nazirliyinin Kadr siyasəti Baş idarəsinin Xüsusi Rütübəlillərlə Qəbul Şöbəsinin rəisi vəzifəsindən azad edilib.

TNS Qaynarinfo-ya istinadla xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov əmr imzalayıb. 

Nazirin müaviq əmri ilə polkovnik Şahin Orucov sözügedən şöbənin rəisi vəzifəsindən azad olunub.

Qeyd edək ki, FHN-də polkovnik Şahin Orucov Kadr siyasəti Baş İdarəsinin rəisi, general-mayor Sevda Şirinovanın yaxın adamı hesab olunub. Sevda Şirinova onun vəzifəsində saxlamasına da çalışsa da, bu baş tutmayıb.