Close

Bu il qadınların pensiya yaşı bir az da artacaq

Bu il iyulun 1-dən Azərbaycanda qadınların pensiya yaşı daha 6 ay artırılacaq.

TNS xəbər verir ki, qeyd olunan tarixdən sonra qadınların pensiya yaşı 64,5 ilə yüksələcək.

2026-cı il iyulun 1-dən sonra isə ölkəmizdə qadınların pensiya yaşı 65-ə yüksələcək. Bununla da, Azərbaycanda qadın və kişlərin pensiyaya çıxma yaşı bərabərləşəcək.

Qeyd edək ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il altı ay artırılaraq müəyyənləşdirilir.

Qeyd edək ki, hazırda ölkədə kişilərin pensiya yaşı 65, qadınlarda isə 2024-cü il iyulun 1-dən 64 yaş müəyyən edilib.