Close

Sumqayıtda tibb işçiləri kütləvi istefa verdi

Sumqayıtda bir qrup tibb işçisi istefa verib.
 
TNS xəbər erir ki, bu barədə Den.az-ın qaynar xəttinə daxil olan məlumatda bildirilir.

Belə ki, Real Tibb Mərkəsinin baş həkimi Vidadi Əzimov, köməkçisi Vəfa Rəhimova, cərrah Elvin İsmayılov, anestezioloq İsmayıl Qəmbərov və kadrlar şöbəsinin rəisi Samirə adlı xanım ərizə yazaraq işdən ayrılıblar.

İddiaya görə, həkimlərin kütləvi istefasına səbəb maaşlarının az olması və bir sıra qanunsuzluqlardır. Xəstəxananın digər tibb işçilərinin də işdən çıxmaları istisna edilmir.