Close

"Hərbi cinayətlərdə təqsirləndirilənlərin məhkəməsi qanunvericilik çərçivəsində həyata keçirilir"

Hərbi cinayətlərdə təqsirləndirilənlərin məhkəməsi ölkə qanunları və beynəlxalq konvensiyalar çərçivəsində həyata keçirilir.

TNS xəbər verir ki, bunu Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, hazırda iş məhkəmənin icraatındadır:

"Əlavə nə isə demək düzgün olmaz. Məhkəmə ölkə qanunları və beynəlxalq konvensiyalar çərçivəsində həyata keçirilir".

Qeyd edək ki, yanvarın 17-də Ermənistan dövləti və onun silahlı qüvvələri, o cümlədən Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma “Dağlıq Qarabağ respublikası” və onun qanunsuz silahlı birləşmələri tərəfindən Azərbaycana və Azərbaycan xalqına qarşı sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibə aparma, soyqırımı, əhalini məcburi köçürmə, təqib, işgəncə, hərbi soyğunçuluq və digər qanunsuz əməllərə dair cinayət işi üzrə açıq məhkəmə prosesi başlayıb.