Əhali arasında ölüm halları azaldı - STATİSTİKA
11
15:35 - 17 Yanvar 2025
Keçən ilin yanvar-noyabr ayları ərzində ölkədə 53 min 645 ölüm halı qeydə alınıb.
TNS xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilib ki, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici azalaraq 5,9-dan 5,7-yə düşüb.