Gənc aktyor Çimnaz Sultanova haqqında yazılan şərhlərdən danışdı

Ötən gün vəfat edən aktrisa Çimnaz Sultanova haqqında sosial şəbəkələrdə xoşagəlməz şərhlər yazılır.
Gənc aktyor Niftalı Namazlı TNS-lə əlaqə saxlayaraq, sosial şəbəkə istifadəçilərinin Ç. Sultanovaya qarşı aqressiyasından məyus olduğunu bildirib.
“Əslində mənim onunla heç bir şəxsi tanışlığım olmayıb. Amma vəfat edən insanın arxasından belə şeylər danışmaq doğru deyil. O, iki ildir, ağır xəstəlikdən – bağırsaq xərçəngindən əziyyət çəkirdi. Bu xəstəliyini hamıdan gizlədirdi.
Mən də təsadüfən öyrəndim. Ona dərman satan şəxsi tanıyıram. Mənim bildiyimi öyrənəndən sonra əlaqə saxladı, bu barədə heç kimə heç nə deməməyimi xahiş etdi. O, belə insan idi. İndi haqqında xoşagəlməz sözlər deməklə nə əldə edirlər?” – deyə o bildirib.
Qeyd edək ki, Çimnaz Sultanova yanvarın 15-də - doğum günündə vəfat edib.