Close

Bu qurumun rəhbərinə türkiyəli müşavir təyin edildi - FOTO

"Bakı Metropoliteni” Qapalı Səhimdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vüsal Aslanova yeni müşavir təyin olunub. 

TNS-in məlumatına görə, bu vəzifəyə Türkiyənin İstanbul şəhərindəki Marmaray sualtı tunelinin mühəndisi Orxan Yenigün təyinat alıb. 

"Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov TNS-ə faktı təstiqləyib. Bildirib ki, bu təyinat bir müddət əvvəl olub. Orxan Yenigün hazırda bu vəzifəni icra edir.