Close

Bu kart 190 min tələbəyə verilib – İctimai nəqliyyatda güzəşt...

Artıq ölkədə 190 min tələbəyə “Vahid tələbə kartı” paylanılıb.

Bu barədə TNS-in sorğusuna cavab olaraq, Təhsilin İnkişafı Fondundan məlumat verilib.

Hazırda kartların paylanıldığı universitetlərin sayının 23-ə çatdırıldığı, Azərbaycan İqtisad Universiteti, Azərbaycan Milli Konservatoriyası, Bakı Avrasiya Universitetinin (BAAU) də yeni layihəyə qoşulduğu bildirilib.

Əlavə olunub ki, BAAU ilk özəl ali təhsil müəssisəsi kimi sözügedən layihənin tərəfdaşı olub.

Qeyd edək ki, Təhsilin İnkişafı Fondunun Kapital Bank və “Visa” beynəlxalq ödəmə texnologiyaları şirkəti ilə əməkdaşlığı çərçivəsində həyata keçirilən “TələbəPlus” layihəsi vahid tələbə kartlarını tətbiq edir. Sözügedən kart tələbələrə sosial dəstək məqsədilə hazırlanıb, müxtəlif xidmət və iaşə obyektlərində də xüsusi güzəştlərin əldə edilməsinə imkan verir.

Təhsilalanlar arasında aparılan sorğulara, tələbatlara, həmçinin onların sosiallaşması baxımından əhəmiyyətli olan məkanlarda tələbələr üçün xüsusi güzəştlər tətbiq olunacaq. Bununla əlaqədar artıq 200-dən çox şirkətlə razılığa gəlinib.

Fonddan o da qeyd olunub ki, tələbə kartlarına ictimai nəqliyyatla bağlı güzəşt, hələ ki, tətbiq olunmayıb.

Aygün