Close

Azərbaycanda dumanlı hava müşahidə olunur - FAKTİKİ HAVA

Hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə dumanlı hava şəraiti müşahidə olunur.

Bu barədə TNS-ə Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Gülnarə Abbasova məlumat verib.

O qeyd edib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Şabran, Yevlax, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Cəfərxan, Neftçala, Biləsuvar, Lənkəran, Astarada müşahidə olunan duman görünüş məsafəsinin 50-200 metrədək məhdudlaşmasına səbəb olub.

Xidmət rəsmisi vurğulayıb ki, dumanlı hava şəraitinin Bakıda və Abşeron yarımadasında günün ikinci yarısınadək, bölgələrdə isə yanvarın 16-dək davam edəcəyi gözlənilir, belə hava şəraiti ilə əlaqədar sürücülərin ehtiyatlı və məsuliyyətli olması tövsiyə olunur.