AAYDA: “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunda işlər yekunlaşır”
Horadiz-Ağbənd dəmir yolunun tikintisində 60 faiz işlər yekunlaşıb. Bəs, həmin ərazidə inşa edilən Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunda hansı işlər görülür, hazırda tikinti işlərinin neçə faizi həyata keçirilib?
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli TNS-in sorğusuna cavabında bildirib ki, hazırda tikinti işləri davam edir: “Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu 123,6 km uzunluğa malik 4-6 hərəkət zolaqlı yoldur. Hazırda işlərin 91 faizi faizi icra olunub”.
Qeyd edək ki, Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu başlanğıcını Füzulinin Əhmədbəyli kəndindən götürməklə layihələndirilib. Dövlət başçısının tapşırığına əsasən avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 6 və 4 hərəkət zolaqlı olmaqla I texniki dərəcəyə uyğun inşa edilir. Yolun ilk 80 kilometrlik hissəsi 3 gediş – 3 gəliş olmaqla 6, qalan 43.8 kilometrlik hissəsi isə 2 gediş – 2 gəliş olmaqla 4 hərəkət zolaqlı olması nəzərdə tutulub.
Aygün