ADY-də üztanıma sistemi tətbiq ediləcək
"Sərnişindaşıma sahəsində yeni rəqəmsal həllərin tətbiqi nəzərdə tutulur. 2024-cü ildə bir sıra rəqəmsal yeniliklər oldu. Məsələn, əvvəllər sərnişin şəxsiyyət vəsiqəsini təqdim etmədiyi təqdirdə qatara daxil ola bilməzdi. Lakin indi sərnişin şəxsiyyət vəsiqəsi haqqında məlumatları “Mygov.az” portalı vasitəsilə QR kod şəklində əldə edir və rahat şəkildə qatara keçir".
Bunu TNS-ə müsahibəsində “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin media məsələləri üzrə məsul əməkdaşı Bəxtiyar Hacıyev deyib.
O bildirib ki, gələcəkdə “Sima Pay” üzərindən üztanıma sistemi ilə turniketlərdən təmassız keçidin reallaşdırılması planlaşdırılır.
"Pik saatlarda turniketlərdə növbə yaranır, bu da bəzən sərnişinlərin rahat keçidinə imkan vermir", - Bəxtiyar Hacıyev əlavə edib.