Close

14:55
10 Yanvar 2025

Tələbə təqaüdləri nə vaxt artırılacaq? - Onlara endirim kartları verilə bilər

Tələbə təqaüdləri sonuncu dəfə 2023-cü ilin dekabr ayında artırılıb. Ondan sonra təqaüdlərdə artım olmayıb.

Bu barədə TNS-ə danışan təhsil üzrə mütəxəssis Elçin Əfəndi yaxın vaxtlarda tələbələrin təqaüdlərinin artırılması ilə bağlı dövlət başçısı tərəfindən müvafiq Sərəncamın imzalanacağını düşündüyünü bildirib: “Prezident tərəfindən dəfələrlə vurğulanıb ki, prioritet məsələlərdən biri tələbələrin daha yaxşı təhsil almasıdır. Yəni, ölkə başçısı tərəfindən bu məsələyə önəm verilməsi fonunda bu düşüncəyə gəlirəm ki, tələbələrin də təqaüdlərində artım ola bilər”.

Təqaüdlər nə qədər artırılmalıdır ki, ən azından tələbələrin ən minimal ehtiyacları ödənsin?

Elçin Əfəndi hazırkı dəyərləndirmə ilə real rəqəmləri belə açıqlayıb: “Bakalavr pilləsində əlaçıların təqaüdləri ən azı 200 manat, zərbəçilərin 175, digər pillələrdə olanların 145-150 manata qədər artırılsa, onlara, müəyyən qədər də olsa, dəstək verilər. Magistratura və doktorantura pilləsində mövcud təqaüdlərdə ən az 45-50 manat artım olarsa, dəstək xarakteri daşıya bilər”.

Tələbələrin ən çox çətinlik çəkdiyi məsələlərdən birini - nəqliyyat xərclərini önə çəkən mütəxəssis bu istiqamətdə müəyyən güzəştlərin olmasının məqsədəuyğun olduğunu vurğulayıb: “Tələbələrin daha bir problemi yataqxana və ya kirəyə ilə bağlıdır. Bu istiqamətdə dövlət tərəfindən hər hansı bir sosial proqram həyata keçirilərsə, yaxşı olar. Yataqaxanalar tikilməlidir. Həmçinin kirayə evlərdə qalan tələbələrə müəyyən qiymət endirimləri ilə bağlı kartlar verilə bilər ki, bunlar da tələbələrin sosial güzəranına müsbət təsir edər”.

Aygün