"Bozbaş Pictures"in daha bir aktyorunun səhhəti pisləşdi - VİDEO
1187
09:42 - 07 Yanvar 2025
Aktyor Nicat Rəhimovun səhhətində problem yaranıb.
TNS xəbər verir ki, bu barədə onun dostu Elşən Orucov "Xəzər axşamı" verilişində məlumat verib.
O bildirib ki, Nicat mərhum dostu Azər Baxşəliyevə həsr olunan proqrama qatılmalı olsa da, şəkərinə görə geri qayıdıb:
"Biz xahiş etdik, yoldan qayıtdı. Nicat da Azəri çox istəyənlərdən biri idi. Şəkər xəstəsidir, dörd gündür şəkəri düşmür. O halda belə gəlirdi. İlkinlə biz xahiş etdik ki, qayıtsın. Çünki bilirik ki, özünü pis hiss edəcək".