Taleh Kazımova yeni müşavir təyin edildi
38
09:37 - 07 Yanvar 2025
Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyinə yeni təyinatlar olub.
TNS APA-ya istinadən xəbər verir ki, Ülvin Emin oğlu Əliyev AMB sədrinin müşaviri, Fuad Fərman oğlu İsayev isə Mərkəzi Bankın baş direktoru təyin olunub.
Bununla bağlı qərar yanvarın 6-da imzalanıb.
Qeyd edək ki, Ülvin Əliyev yeni vəzifəsinə qədər Mərkəzi Bankda Sədrin ofisi departamentinin direktoru vəzifəsində, Fuad İsayev AMB-nin kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru vəzifəsində çalışıb.
Bununla da, Mərkəzi Bankın sədrinin müşavirlərinin sayı 4-ə, baş direktorların sayı isə 6-ya çatıb.