Ən kinli bürclər
Astrologiyada bəzi istisnalar olsa da, hər bürc öz xarakteri ilə tanınır.
Xarakterlərinə görə ən mülayim və ən sərt bürclər hansılardır?
Mövzu ilə bağlı TNS-ə açıqlama verən Səbirə Cəfər deyib ki, Zodiak qurşağında ən sərt və ya ən mülayim xarakterli bürc anlayışı yoxdur.
O qeyd edib ki, bütün bürclər hər iki özəlliyi, pozitiv və kölgə tərəf olaraq özündə daşıyır: “Bəzi bürclər münasibət zəminində daha sərt görünə bilər. İnsanın münasibət şəklinə Venera, ünsiyyətinə isə Merkuri cavabdehdir. Yuxarıda qeyd etdiyim bürclər Əqrəb və Oğlaqdır. Onlar manipulyativ ola bilərlər. Zodiakda dava-dalaş sevməyən bürclər Tərəzi və Balıqlardır. Qisascı özəlliyi ili bilinən bürc isə Əqrəbdir. Soyuqqanlılıq Dolçaya, qarşısındakını idarə etməyə çalışmaq Oğlaqa məxsus xüsusiyyətdir. Şir bürcü isə eqonun təmsilçisi Günəş tərəfindən idarə olunur. Bu səbəbdən Şir də zaman-zaman sərt görünə bilər. Qız bürcünün tənqidçi ruhu onu sərt göstərir. Buğanın sədaqət sərhədini aşsa, o da çox gərgin olur. Qoç isə impulsivdir. Anidən alovlanıb, az sonra sakitləşir. Buğa və Şir kindarlığı ilə seçilirlər. Gördüyünüz kimi, ideal bürc yoxdur. Hər bürcdə hər iki xüsusiyyətdən var. Ən önəmlisi isə odur ki, hər insanın doğum xəritəsində bütün bürclər var. Heç birimiz tək Günəş bürcümüzdən ibarət deyilik".
Ayşən Azadova