Close

23:30
04 Yanvar 2025
21:18
04 Yanvar 2025

“Anam məni ikinci dəfə dünyaya gətirdi” demişdi... - VİDEO

Xəbər verdiyimiz kimi, böyrək çatışmazlığından əziyyət çəkən aktyor Azər Baxşəliyevin vəziyyəti kritikləşib. Hazırda 39 yaşlı aktyorun ürəyinin fəaliyyətini bərpa edib, süni tənəffüs aparatına qoşulub.

A.Baxşəliyevə böyrəkköçürmə əməliyyatı üçün xeyli vaxt idi ki, donor axtarılırdı.

TNS “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu məqamda “Bozbash pictures”də “Ağsaqqal” obrazı ilə məşhurlaşan aktyorun aylar öncə qonaq olduğu “Qapqara” verilişindəki çıxışı gündəm olub.

O, xəstəliyindən danışarkən bildirmişdi: “Böyrəklərimin hər ikisi sıradan çıxmışdı. Anam böyrəyinin birini mənə verdi. Hər kəsi anası bir dəfə dünyaya gətirir, məni isə anam ikinci dəfə... Bunun üstündən 4 il keçib. Amma bu gün də eyni xəstəliklə üzləşdim. Yaxın zamanlarda əməliyyata gedəcəm. Donor tapılsa, ikinci dəfə böyrək köçürüləcək. Bacardığım qədər biruzə vermirəm, amma istənilən halda bu bəlli olur. Bəzən düşünürəm ki, ananın verdiyi böyrək də xarab oldu. Heç nədən anamdan böyrək götürdüm. Amma qismət budur. Heç vaxt neqativ düşünmürəm. Ən azından bu xəstəliyin bir çıxış yolu var. İşimlə xəstəliyimi qarışdırmıram. Mənəvi olaraq çox çətin olsa da, gün ərzində xəstəliyim heç yadıma düşmür”.

Azər Baxşəliyevin sözügedən çıxışını təqdim edirik: